Teleqramda yeniliklər bəlli oldu  – Hekayələr...
31 oktyabr 2023 14:04 (UTC +04:00)

Teleqramda yeniliklər bəlli oldu – Hekayələr...

Teleqram sosial platforması bir sıra yeniliklərini təqdim edib. 

Lent.az xəbər verir ki, yeniləmə artıq IOS və Android smartfonlarında mövcuddur. Bir həftə ərzində isə kompüterlər və noutbuklar üçün buraxılacaq. 

Teleqram bu yaxınlarda etdiyi 10.2 yeniləmə versiyasının bəzi xüsusiyyətlər "Premium" istifadəçilərə aid olsa da, hamı üçün dəyişikliklər var. 

Bu yeniləmənin ən maraqlı xüsusiyyəti mesajların istənilən hissəsinə sitat gətirmək imkanıdır. Yəni, cavabda istədiyimiz hissəni götürüb, həmin mətni vurğulamaq olar. Bunu etmək üçün mesajın bir hissəsini və "Sitat" seçmək kifayətdir.

Bundan əlavə, istənilən mətni sitat kimi formatlaya bilərsiniz və bir mesajda bir neçə belə fraqment ola bilər.

Mesaja keçid daxil etsəniz, önizləməni fərdiləşdirmək mümkün olacaq. Mətni mesajın üstünə və ya altına yerləşdirin, həmçinin şəklin ölçüsünü dəyişdirin. Ən əsası nəhayət, önizləməni mesajda hansı linkə əlavə edəcəyinizi seçə bilərsiniz.

“Premium” olanlar şəxsi rəng və ya bir neçə rəngin birləşməsini seçə bilər. Bu rəng bütün qruplarda sizin adınız olacaq. 

Daha bir yenilik isə “Hekayələr” ilə bağlıdır. Belə ki, “Hekayələr” indi sürətlə irəli və ya geriyə çəkmə, ön kamera ilə video çəkərkən fərdiləşdirilə bilən flaş və Androidlərdə mətni formatlaşdırmağın yeni üsulunu ehtiva edir.

# 3315
avatar

Sevinc Fərid

Oxşar yazılar