Bəzi smartfon sahibləri qadcetin doldurulması prosesinin kəsilməsini batareyaya mənfi təsir göstərdiyini düşünür.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ekspertlər bu məsələdə tamamilə fərqli fikirdədirlər.
Mütəxəssislər bildirir ki, smartfonunuzun enerji doldurma prosesini dayandırmaqla siz ona heç bir şəkildə zərər vermirsiniz. Müasir smartfonların əvvəlki nəsil telefonlar kimi bir anda 100 faiz doldurulmasına ehtiyac yoxdur.
İndiki vaxtda istehsalçılar telefonlara litium-ion batareyaları quraşdırırlar ki, onların da fərqli doldurulma mexanizmi var. Bu cür batareyaların tam doldurulması zərərlidir. Onları təxminən 80% doldurmaq tövsiyə olunur.