Telefonlarımızı necə şarj etməliyik? Bunlarda diqqətli olun
29 iyun 2022 16:46 (UTC +04:00)

Telefonlarımızı necə şarj etməliyik? Bunlarda diqqətli olun

Bir çoxumuz telefonlarımızı düzgün şarj etmə qaydalarını bilmirik. 

Lent.az  xəbər verir ki, telefonu şarj etmək üçün onun enerjisinin tamamilə bitməsini gözləmək lazım deyil. Gün ərzində vaxtaşırı batareyanı doldurmaq lazımdır. 

Çalışın zədələnmiş şarj cihazlarını və kabelləri heç vaxt istifadə etməyin. Hətta bu zədə çox cüzi olsa belə...

Mütəxəssislər yalnız orijinal enerji cihazlarını işlətməyi tövsiyə edirlər. 

Telefonun batareyasını doldurarkən qadcetlərdən intensiv istifadə etməyin. Bu telefonunuzun həddindən artıq isinməsinə və hətta onun zədələnməsinə gətirib çıxara bilər. 

Son olaraq onu da qeyd edək ki, şarja qoşulmuş telefonunuzu yastığın, yorğanın, paltarın altına qoymayın. Bu həm öz sağlamlığınız, həm də telefonunuz üçün ziyandır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4320
avatar

Sevinc Fərid

Oxşar yazılar