Telefon partladı, uşaq DİRİ-DİRİ YANDI  -  FOTO
20 oktyabr 2021 07:00 (UTC +04:00)

Telefon partladı, uşaq DİRİ-DİRİ YANDI - FOTO

Vyetnamda 11 yaşlı uşaq telefondan onlayn dərslərə qoşulmaq üçün istifadə edib.

Lent.az xarici KiV-ə istinadən məlumat verir ki, bu zaman telefonu enerji yığmaq üçün cihazına bağlayaraq dərsini davam etdirmək istəyib. Amma çox keçmədən bədbəxt hadisə baş verib. Cərəyana qoşulu olan telefon anidən yanmağa başlayıb. Alov qısa müddətdə uşağı da öz ağuşuna alıb.

Partlayışı eşidən və yanğını görən qonşuların dərhal müdaxiləsinə baxmayaraq, uşağı xilas etmək mümkün olmayıb. Məktəbli aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

 

# 4161
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar