SÜNİ ZƏKA  bubliklə ponçiki ayıra bilmədi
27 fevral 2021 16:54 (UTC +04:00)

SÜNİ ZƏKA bubliklə ponçiki ayıra bilmədi

Son illər ərzində neyroşəbəkələr və süni zəkalar bir çox sahələrdə əsl inqilab yaradıblar.

Smartfonlarda fotoların emal olunmasından tutmuş yeni dərman preparatlarının yaradılmasına kimi. Lakin məlum olub ki, bu cür sistemlər hələ ideallıqdan çox uzaqdırlar. Belə ki, onlar hələ də bublik ilə ponçik arasındakı fərqi görə bilmirlər.

Lent.az xəbər verir ki, bublik və ponçik “Google” mühəndisləri qarşısında həlli mümkün olmayan problem kimi dayanıb.

Məsələ burasındadır ki, “machine learning” sistemi alqoritmə oxşar olmayan obyektləri fərqləndirməyi öyrədə bilir. Lakin oxşar obyektlərin fərqləndirilməsi halında məsələ qəlizləşir.

Sadalanmış hər iki obyekt dairəvi formaya, dairəvi formada boşluğa və üst hissədən tekstura sahibdir. Bir qayda olaraq insanlar bu iki obyektlərdən hansının bublik, hansının ponçik olduğunu anlaya bilirlər. Lakin neyron şəbəkəsi üçün bu çox qəliz problemdir.

Adətən fərqləndirmə problemi obyektlərin ən çox aydın özəlliklərinə fokuslanma cəhdi ilə aradan qaldırılır. Bu halda obyektlərin aydın şəkildə görünən özəllikləri düzgün nəticələrin əldə olunmasına gətirib çıxardır. Lakin bu heç də həmişə çalışmır.

Məsələn, əgər süni zəka iki eyni fotonu görsə və həmin fotolardan birinin üzərinə insan gözü ilə görünməyən rəqəmsal küy əlavə edilsə, “machine learning” sistemi düzgün cavab verməkdə çətinlik çəkəcək.

Hazırda süni zəka sisteminin iş prinsipini təkmilləşdirmək üçün istifadə olunan ən yaxşı üsul insan faktorunun iştirakıdır.

“Google” şirkəti “machine learning” sistemi üçün ən qəliz fotoların qiymətləndirilməsini aparacaq mütəxəssislərin axtarışındadırlar. Həmin mütəxəssislər bir fotonu digərindən fərqləndirən bu və ya digər özəlliklərin təyin edilməsi ilə məşğuldurlar.

# 2916
avatar

Oxşar yazılar