Alimlər süni intellektlə bağlı riskləri idarə edə biləcəklərinə əmin deyillər və bu inkişafdan nə gözlədiklərini bilmirlər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, süni intellekt sistemləri cəmiyyət üçün ciddi təhlükə yarada bilər.
Buna görə də "SpaceX", "Tesla" və "Twitter" şirkətlərinin baş direktoru İlon Mask, "Apple" şirkətinin həmtəsisçisi Stiv Voznyak və digər 1100 professor, mühəndis və tədqiqatçı eksperimentlərin dayandırılmasını tələb ediblər.
Müəlliflər hesab edirlər ki, "GPT-4"dən daha güclü süni intellekt sistemlərinin təlimi və sınaqları ümumi təhlükəsizlik protokolları ortaya çıxana qədər ən azı altı ay dayandırılmalıdır. Əgər belə bir fasilə tez bir zamanda tətbiq edilə bilməzsə, hökumətlər müdaxilə moratorium tətbiq etməlidir.