Sumqayıtda mağaza qarət olunub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, martın 28-də Novruz qəsəbəsi ərazisindəki mağazaların birində naməlum şəxslər satıcı X.Hüseynovu bıçaqla hədələyib, əl-ayağını iplə bağlayaraq kassadan 1070 manat pul, 6000 manat dəyərində tütün məmulatı, spirtli və sərinləşdirici içkilər aparıblar.
Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - M.Abdullayev və C.Bayramzadə saxlanılıblar.