“SpaceX” şirkətinin sifarişinə əsasən “Starship” kosmik gəmisinin prototipi Texas ştatından uçaraq Yer kürəsi ətrafında dövr edəcək.
Lent.az "technote"a istinadən xəbər verir ki, uçuşun finişi Havay adalarının akvatoriyası olacaq.
Bu test missiyası çərçivəsində ilk dəfə olaraq “Starship” kosmik gəmisi “Super Heavy” ağır raketi ilə bir kombinasiyada çalışacaq.
“Super Heavy” ağır raketi ilə “Straship”in birlikdə hündürlüyü 120 metr təşkil edir. Bu sistemlərdən heç birinin sərt səthə enişi planlaşdırılmır. Uçuş missiyasının sonunda hər ikisi də suya düşəcək.
Start uçuşundan 3 dəqiqə sonra birinci pillə “Starship”dən ayrılacaq və 5 dəqiqə sonra Meksika körfəzinə düşəcək. “Starship” isə öz uçuşunu davam etdirərək Yer kürəsinin orbitinə çatacaq. Daha sonra kosmik gəmi Yer kürəsi ətrafında dövr edərək startdan 90 dəqiqə sonra Havay adaları üzərində atmosferə yenidən daxil olacaq.