Sosial şəbəkələrin işində problem yarandı
19 noyabr 2021 22:10 (UTC +04:00)

Sosial şəbəkələrin işində problem yarandı

Müxtəlif ölkələrdə internet istifadəçiləri “Facebook”, “Instagram” və “WhatsApp”dan istifadə zamanı problem yaranıb.

Lent.az-ın “Downdetector” saytına istinadən xəbərinə görə, istifadəçilər şəxsi hesablarına girməyə və xidmətlərdən istifadə etməyə çətinlik çəkirlər.  

Problemlə bağlı ilk məlumatlar təxminən 1 saat əvvəl daxil olmağa başlayıb. ABŞ, Almaniya, Niderland, Britaniya, İtaliya, Fransa və Rusiyadakı istifadəçilər daha çox çətinliklə qarşılaşıblar. 
 

# 2502
avatar

Oxşar yazılar