Smartfonda  batareyanı dəyişdirməyin   vaxtının çatdığını necə başa düşmək olar?
29 iyun 2023 13:53 (UTC +04:00)

Smartfonda batareyanı dəyişdirməyin vaxtının çatdığını necə başa düşmək olar?

Telefonunuzun çox tez boşalmağa başladığını görsəniz, əlavə olaraq tez-tez donmağa başlayıbsa, batareyanı yoxlamağın vaxtı gəlib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, batareya smartfonunuzda birdəfəlik istifadə edilə bilən yeganə komponentdir. Əməliyyat zamanı o, köhnəlməyə məruz qalır, buna görə də gec-tez onu dəyişdirmək lazım olacaq. Amma dəqiq nə vaxt başqa sualdır.

Şəxsi müşahidə ilə yaxşı batareyanı köhnəlmiş batareyadan ayırmaq bəzən çətindir. Bununla belə, smartfonunuzdakı batareyanın artıq tutumunu itirməyə başladığını göstərən bir neçə açıq əlamət var:

• Şarj səviyyəsi kritik olmayanda belə telefon avtomatik olaraq sönür.

* Telefon səhv şarj səviyyəsini göstərir, şarj heç bir səbəb olmadan yuxarı və aşağı sıçrayır və ya tam doldurulduqdan sonra da aşağı şarj göstərir.

• Batareyanın tam doldurulması vaxtı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artdığı halda, cihaz artıq əvvəlki kimi enerji saxlamır.

• Batareya qabarıqdırsa, gövdəsi zədələnibsə, çatlayıbsa və ya sızma əlamətləri varsa, bu, həm də batareyanın təcili dəyişdirilməsinin vacib göstəricisidir.

Adərən, bir telefon batareyasının ömrü təxminən 500 dövrədir. Bir dövrə 0-dan 100 faizə qədər tam doldurulmanı təmsil edir. Bu o deməkdir ki, əgər siz smartfonunuzu məsələn, 20 faizdən 95 faizə qədər doldursanız, hər bir şarj üçün bir dövrədən az vaxt sərf olunacaq. Bir qayda olaraq, smartfonların batareyasının ömrü 3 ildir.

Ancaq smartfonu xidmət mərkəzinə aparmazdan əvvəl, batareyanı xüsusi bir yardım proqramı ilə yoxlamaq daha yaxşıdır.

# 4290
avatar

Oxşar yazılar