Texnologiyanın inkişafı və pandemiya dövrü ilə əlaqəli bir çox şirkətlərdə, mağazalarda və iş yerlərində insanları artıq robotlar əvəz edir.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Yaponiyadan sonra indi də Səudiyyə Ərəbistanda da açılan yeni restoranda robotlar işləməyə başlayıb.
Onlar demək olar ki, ofsiantların bütün işlərini görürlər. Bu restoranda 6 robot işləyir. Restoranın hər yerinə yerləşdirilimiş cihazlar vasitəsilə onlar sərbəst hərəkət edir və yeməkləri müştərilərə vaxtında çatdırır.
Bu addım həm də koronavirus riskini də azaltmaq üçün çox əlverişlidir.
Sevinc Fərid