Saxta Google servisləri və artan kiberhücumlar
13 fevral 2023 12:30 (UTC +04:00)

Saxta Google servisləri və artan kiberhücumlar

Kibertəhlükəsizlik üzrə mütəxəssislərin verdikləri məlumata əsasən istifadəçilərin məlumatlarını və pul vəsaitlərini oğurlamaq üçün fişinq (phishing) üsulundan istifadə edən hackerlərin aktivlikləri keçən ay yüksəlib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qeyd edilib ki, Google servislərini imitasiya edən saxta səhifələrə olan keçidlərin sayı 3 dəfə yüksəlib. Kibartəhlükəsizlik üzrə mütəxəssislər Google servislərini imitasiya edən saxta səhifələrin nəyə görə belə məşhurlaşdıqlarını açıqlayıblar. Onların sözlərinə əsasən Google istifadəçi hesabının hackerlər üçün dəyəri ondan ibarətdir ki, o, kart məlumatlarını özündə birləşdirən Google Play də daxil olmaqla bir neçə servisə girişi təmin edir.

   Hackerlərin çoxunu isə məhz Youtube videoservisi maraqlandırır. Əgər oğurlanmış istifadəçi hesabı məşhurdursa, hackerlər onun Youtube kanalını xüsusi olaraq tərtib edirlər və kanalda müəyyən videonu canlı yayım formatında işə salırlar. Bu üsul ilə hackerlər istifadəçilərdən pul vəsaitlərinin ödənilməsini reallaşdıra bilirlər. İstifadəçilər tez-tez öz hesablarına kiberhücumlarla messencerlərdə və sosial şəbəkələrdə qarşılaşırlar. Hackerlər həmçinin bloggerlərin diqqət çəkəcək səviyyədə abunəçi sayına sahib kanallarından da istifadə edirlər. Bu üsul ilə onlar daha çox qurbandan istifadə edə bilərlər. Mütəxəssislər Elon Musk adından kriptovalyuta mövzusunda işə salınmış canlı yayımı misal gətiriblər.

    Bu cür canlı yayımın əsas məqsədi istifadəçinin güvənini qazanmaq və onu canlı yayımdakı QR kod vasitəsilə xüsusi səhifəyə keçidi reallaşdırmağa məcbur etməkdir. Bu cür QR kod vasitəsilə istifadəçi adətən fişinq resursa yönləndirilir və həmin resursda guya kriptovalyuta yarışması keçirilir. Kriptovalyuta uduşunun əldə edilməsi üçün hackerlər istifadəçidən müəyyən komissiyanın ödənilməsini tələb edirlər. Sözdə həmin komissiya kriptovalyuta uduşunun istifadəçi hesabına köçürülməsi üçün nəzərdə tutulmuş komissiyadır. Lazımi məbləği əldə edəndən sonra isə hackerlər sadəcə olaraq istifadəçi ilə əlaqəni dayandırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3048
avatar

Oxşar yazılar