Gecə dənizdə köməksiz qalan balıqçılar  belə xilas olundu - VİDEO
01 noyabr 2025 10:14 (UTC +04:00)

Gecə dənizdə köməksiz qalan balıqçılar belə xilas olundu - VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə gör, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Zuğulba” dalğıc-axtarış qrupu cəlb edilib.

Keçirilən operativ xilasetmə əməliyyatı sayəsində sahildən təxminən 500 metr məsafədə dənizdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan balıqçılar, 40 yaşlı Məmmədov Azər Elxan oğlu, 35 yaşlı Həsənov Namiq Şükür oğlu və 40 yaşlı Cəfərov Cəmaləddin Nuhin oğlu sahilə çıxarılaraq xilas ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar