Samsung-un yeni noutbukunun qiyməti açıqlandı
13 mart 2024 09:38 (UTC +04:00)

Samsung-un yeni noutbukunun qiyməti açıqlandı

Qualcomm şirkəti Snapdragon X Elite adlı desktop prosessorunu keçən il təqdim etsə də, hələ onun vasitəsilə çalışan heç bir noutbuk təqdim edilməyib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, gözləntilərə əsasən sözügedən prosessoru öz noutbukunda istifadə edəcək şirkətlərdən biri də Samsung olacaq. İndi isə Roland Quandt adlı məşhur insayder Samsung-un Snapdragon X Elite prosessorlu təqdim edilməmiş noutbukunun gözlənilən satış qiyməti barəsində məlumat verib.
     Nəzərə alsaq ki, Snapdragon X Elite prosessoru öz performansı baxımından Apple M3 ilə rəqabət aparmağa hədəflənib, ona sahib olacaq noutbukun qiyməti də aşağı olmayacaq. İnsayderin sözlərinə əsasən Samsung şirkəti Qualcomm-un desktop prosessorunu Galaxy Book 4 Edge noutbukuna quraşdıracaq. Sözügedən noutbukun yaxın aylar ərzində təqdim olunacağı gözlənilir. Galaxy Book 4 Edge noutbukunun Snapdragon X Elite ilə yanaşı özündə 14 düym ölçülü ekranı, 16 GB RAM-ı və 512 GB SSD-ni birləşdirəcəyi gözlənilir. Roland Quandt bildirib ki, bu cür noutbukun qiyməti 1800 avro təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4788

Oxşar yazılar

Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48
Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

3 may 2025 , 14:45