“Samsung”   telefonun özəlliklərini açıqladı
19 yanvar 2023 10:06 (UTC +04:00)

“Samsung” telefonun özəlliklərini açıqladı

“Samsung” şirkəti yeni “Galaxy S23” smartfonunu təqdim edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Galaxy S23” seriyası 3 model şəklində olacaq: “Galaxy S23”, “Galaxy S23+” və “Galaxy S23 Ultra”.

Bildirilir ki, model 120 Hz-lik təsvir yenilənməsinə malik ekrana sahib olacaq. Üçlü arxa kamerası olan smartfonun 12 MP-lik ön kameraya və 25 vatt gücündə sürətli şarj texnologiyalı 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Məlumata görə, telefon istifadəçilərə saniyədə 60 kadr sürətlə 4K videola çəkə bilmə imkanı verəcək.

Qeyd edək ki, “Galaxy S23”də 10 vatt gücündə sürətli naqilsiz şarj texnologiyası istifadə oluna biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2808
avatar

Sevinc Fərid

Oxşar yazılar