“Samsung” kameralarla bağlı problemi etiraf etdi
03 iyun 2021 09:04 (UTC +04:00)

“Samsung” kameralarla bağlı problemi etiraf etdi

“Samsung” şirkəti öz qabaqcıl smartfonlarının kamerasındakı kritik problemi aradan qaldıracağına dair söz verib. Bu haqda “SamMobile” nəşri məlumat verib.

Lent.az “lenta.ru” saytına istinadən yazır ki, Cənubi Koreya şirkətinin nümayəndəsi “Samsung”un rəsmi forumunda istifadəçilərə cavab olaraq deyib ki, korporasiya problem haqqında məlumatlıdır və onu aradan qaldırmağa çalışır. Nasazlıq “Galaxy S21” aktual seriyasına məxsus aparatların kamera tətbiqinin işi ilə bağlıdır. Bəzi hallarda tətbiq çox ləng işləyir, bir qayda olaraq, nasazlıq şəklin böyüdülməsi və portret rejimində yaranır.

Şirkətin elan etdiyi təhlükəsizlik paketi ilə birgə düzəlişlər dəsti iyuna planlaşdırılıb. Yeniləmələrin alınması qrafiki konkret regiondan asılı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2601
avatar

Oxşar yazılar