Rusiya “twitter”in sürətini azaltdı
11 mart 2021 09:24 (UTC +04:00)

Rusiya “twitter”in sürətini azaltdı

 Rusiya Federal Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Xidməti (“Roskomnadzor”) bu barədə məlumat yayıb.

  Lent.az xarici KİV-ə istinadən bildirilir ki, martın 10-dan “twitter” sosial şəbəkəsinin sürəti ölkə ərazisindəki bütün mobil qurğularda və stasionar qurğuların 50 faizində ləngidilib. Belə ki, Rusiya tərəfi hələ 2017-ci ildə sosial şəbəkədən yeniyetmələri intihara sürükləyən, uşaq pornoqrafiyası, habelə narkotik vasitələrin istifadəsi barədə məlumatlar yerləşdirilən kontentləri silməyi tələb edib. Lakin “twitter” bu tələblərə məhəl qoymayıb.

  Məlumatda qeyd olunur ki, Rusiya vətəndaşlarını müdafiə etmək və ölkə ərazisində yerli qanunlara riayət olunmasını təmin etmək üçün martın 10-dan “twitter” sosial şəbəkəsinin sürəti ləngidilir.

  Qeyd edək ki, sonuncu belə hadisə martın 3-də baş vermişdi. “twitter” martın 3-də sosial şəbəkələrdə yeniyetmələri kütləvi intihara təhrik edən çağırışları silməkdən imtina etmişdi. Həmin gün Rusiya hüquq mühafizə orqanları bir neçə yeniyetmənin intiharının qarşısını ala bilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2733
avatar

Oxşar yazılar