Rusiyada 2023-cü ilin fevral-mart aylarında yeni nəsil elektron müharibə və dron əleyhinə avadanlıqların istehsalına başlanılması planlaşdırılır.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hazırda nümunə üçün istehsal olunan hərbi texnikalar sınaqdan keçirilir. Sınaqlardan sonra ən son texnikalar artıq Rusiya Silahlı Qüvvələrinə daxil olmağa başlayacaq.
“Bir-iki ay ərzində dövlət sınaqlarının başa çatdırılması və prinsipial olaraq yeni nəsil aviasiya və yerüstü elektron döyüş texnikasının və pilotsuz uçuş aparatlarının kütləvi istehsalına keçid planlaşdırılır”, - deyə ROSTEK-dən bildirilib.