Bizim dövrümüzdə də avtomobillər sərvət əlaməti olaraq qalır. Bəzi insanlar başqalarına uğurlu olduqlarını göstərmək üçün bahalı modellər alırlar. Bununla belə, faktiki dəyərindən qat-qat baha görünən avtomobillər də var.
Lent.az xarici mediaya istinadla orta təbəqədən olan insanların əslində olduğundan daha uğurlu görünmək üçün aldıqları 9 avtomobili təqdim edir. Ekspertlərin sözlərinə görə, bu modellər çox bahalı avtomobillər təsiri bağışlayır.
Real dəyərindən daha bahalı görünən 9 avtomobil:
1. BMW 3 Series
2. Mercedes-Benz C-Class
3. Tesla Model 3
4. Lexus IS
5. Cadillac ATS
6. Infiniti Q50
7. Audi A4
8. Range Rover Evoque
9. Dodge Charger SXT
Bu reytinqin lideri işlənmiş BMW 3 Series olub. Qeyd edilir ki, bu, brendin ən bahalı modelindən uzaqdır, lakin onun ətrafındakılar onu asanlıqla lüks avtomobillə qarışdıra bilərlər.
Ekspertlər vurğuladılar ki, BMW 3 Series ABŞ-da ən populyar giriş səviyyəli premium avtomobillərdən biridir. Sürücülər bu modeli idman üslublu idarəetməsi və şık dizaynı üçün yüksək qiymətləndirirlər.
Əlavə edilir ki, “BMW 3 Series”in əsas çatışmazlıqlarından biri yüksək texniki xidmət və təmir xərcləridir. Buna görə də bu avtomobil çox məhdud büdcəsi olan sürücülər üçün tövsiyə edilmir.