Qışda telefonları belə şarj edin – Ümumi səhv
24 oktyabr 2023 19:11 (UTC +04:00)

Qışda telefonları belə şarj edin – Ümumi səhv

Soyuq aylarda smartfonu şarj edərkən diqqətli olmaq lazımdır. 

Lent.az xəbər verir ki, istifadəçilər qışda telefonu şarj edərkən ümumi səhvlərə yola verirlər. 

Bir çox insan soyuq havada evə qayıdan kimi dərhal mobil cihazı şarja qoyur. Ancaq bu, təhlükəli bir hərəkətdir. Söhbət ciddi temperatur fərqindən gedir. Çox soyuq havada qalan smartfonu birdən-birə elektrik cihazına qoşmaq heç yaxşı fikir deyil. 

Yaranan temperatur fərq batareyanın və bütövlükdə cihazın vəziyyətinə mənfi təsir göstərir. Hətta qadcet sıradan da çıxa bilər. 

Belə halların baş verməməsi üçün soyuqda gəzintini bitirib gəldikdən sonra dərhal mobil telefonunuzu enerji ilə doldurmağa tələsməyin. Ən azı 15-20 dəqiqə gözləyin. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5643
avatar

Sevinc Fərid

Oxşar yazılar