Personal kompüterlər bazarında satışlar kəskin şəkildə aşağı düşdü - SƏBƏB
11 aprel 2023 11:02 (UTC +04:00)

Personal kompüterlər bazarında satışlar kəskin şəkildə aşağı düşdü - SƏBƏB

IDC adlı tədqiqat şirkəti personal kompüterlər (PC) bazarının 2023-cü ilin birinci rübü üzrə vəziyyəti ilə bağlı hesabatı təqdim edib. Beləliklə analitiklərin hesablamalarına əsasən PC bazarında satışlar sürətlə aşağı düşür.

Lent.az xarici KİV-ə istinadən bildirir ki. satış göstəriciləri hətta COVID-19 pandemiyasından əvvəlki göstəricilərdən daha aşağıdır. Təqdim edilmiş hesabata əsasən geridə qalmış rüb ərzində ümumilikdə 56.9 milyon ədəd PC və noutbuk satılıb. Bu isə 2022-ci ilin birinci rübündəki göstəricidən 29% daha aşağıdır. Belə ki, keçən ilin birinci rübündə ümumilikdə 80.2 milyon ədəd PC və noutbuk satılmışdı. 2019-cu ilin birinci rübündə bu göstərici 59.2 milyon, 2018-ci ilin birinci rübündə isə 60.6 milyon idi.

Satışların aşağı düşməsi problemi ilə bazardakı bütün şirkətlər qarşılaşıblar. Məsələn bazarın lideri olan Lenovo şirkəti bu ilin birinci rübündə 12.7 milyon ədəd cihaz sata bilib. Keçən ilin birinci rübündə isə bu göstərici 18.3 milyon cihaz idi. Bununla belə şirkətin bazardakı payı o qədər də aşağı düşməyib. Daha öncə onun bazardakı payı 22.8% idi. İndi isə bu göstərici 22.4% təşkil edir. Maraqlısı ondadır ki, bazarın ikinci ən böyük oyunçusu olan HP-nin satışlarının aşağı düşməsinə baxmayaraq onun bazardakı payı yüksəlib.

 Daha öncə HP-nin bazardakı payı 19.7% təşkil edirdi. İndi isə bu göstərici 21.1%-dir. Satışların aşağı düşməsi ən çox Apple şirkətində müşahidə edilib. Belə ki, onun satışları 40.5% aşağı düşüb. Daha öncə Apple şirkətinin bu bazardakı payı 8.6% təşkil edirdi. İndi isə bu göstərici 7.2%-dir. IDC şirkətinin analitiklərinin proqnozlarına əsasən gələn il sənaye kompüter təchizatlarını kütləvi şəkildə dəyişməlidir. Belə ki, təşkilatlar artıq Windows 11 əməliyyat sisteminə keçid edirlər, məktəblər isə özlərindəki kompüterləri yeniləməlidirlər. Lakin personal kompüterlərin satışlarının diqqət çəkəcək dərəcədə artımı dünya iqtisadiyyatındakı vəziyyətdən asılı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1995
avatar

Oxşar yazılar