Finlandiyanın “Nokia” şirkəti 60 ildən sonra ilk dəfə loqosunu dəyişib.
Lent.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu, şirkətin biznes strategiyasının dəyişməsi kimi qimətləndirilir.
Şirkətin direktoru Pekka Lundmark bildirib ki, bu addım smartfonlarla assosiasiyadan xilas olmaq istəyi ilə bağlıdır,
“Smartfonlarla adımız yanaşı çəkilirdi və indi biz biznes texnologiyası şirkətiyik”, - deyə Lundmark bildirib.
Yeni loqo zəngin çəhrayı-bənövşəyi spektrdə “Nokia” sözünü meydana gətirən futuristik üslublu hərflərdən ibarət olacaq.
Hazırda şirkət rəhbərliyi hesab edir ki, onlar biznes proseslərinin yenidən başlamasını uğurla başa vurub, qlobal liderliyə nail olmaq üçün onları sürətləndirmək və fəaliyyətlərini genişləndirmək niyyətindədir.