Microsoft bu proqramı silir  - yeni versiyalarda olmayacaq
04 sentyabr 2023 19:34 (UTC +04:00)

Microsoft bu proqramı silir - yeni versiyalarda olmayacaq

“The Verge” xəbər verir ki, Microsoft növbəti “Windows 11” yeniləməsində WordPad mətn redaktorunu siləcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, WordPad artıq yenilənmir və “Windows”un gələcək versiyasında silinəcək. Korporasiya qeyd edib ki, müxtəlif formatlı mətn sənədlərinin daha təkmil Microsoft Word redaktorunda və ya əməliyyat sistemində quraşdırılmış Notepad-da açılması tövsiyə olunur.

WordPad proqramı Microsoft əməliyyat sistemlərində təxminən 30 il əvvəl peyda olub, mətn redaktoru ilk dəfə Windows 95-də diqqət çəkib. Jurnalistlərin fikrincə, şirkət proqrama nadir hallarda yeni funksiyalar əlavə edib - məsələn, sonuncu dəfə WordPad “Windows 7”nin buraxılışı ilə yenilənib.

Həmçinin nəşrin müəllifləri daxili redaktorun kifayət qədər məhdud olduğunu və “istifadəçilərin diqqətini cəlb etmədiyini” vurğulayıblar. Materialda deyilir ki, WordPad, çox güman ki, yalnız ƏS-in hazırkı versiyasında qalacaq. 2024-cü ildə buraxılacaq “Windows 12”də köhnəlmiş proqram artıq olmayacaq.

# 3822
avatar

Oxşar yazılar