Məşhur filmidəki güllə keçirməyən kostyum real həyatda hazırlandı -VİDEO
03 aprel 2023 14:01 (UTC +04:00)

Məşhur filmidəki güllə keçirməyən kostyum real həyatda hazırlandı -VİDEO

“John Wick 4” filminin işıq üzü görməsi münasibətilə Hacksmith Industries adlı Youtube kanalının müəllifləri Keanu Reeves-in personajının sahib olduğu gülləkeçirməz kostyumu yaradıblar.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, güllə keçirməyən kostyumun yaradılması üçün 1 il vaxt və 100 000$-a yaxın vəsait sərf edilib. Kostyumun hazırlanmasında iştirak etmiş şəxslərin sözlərinə əsasən sözügedən kostyum rahat və komfort olmaqla yanaşı həmçinin müxtəlif növ silahlardan inanılmaz qorunmanı təmin edir. Nəticədə kostyum ənənəvi güllə keçirməyən jiletlərdən daha effektivdir. Beləliklə verilmiş məlumata əsasən gülləkeçirməz kostyumun tərkibi 20 qat kevlardan və xüsusi növ nazik plastikdən təşkil edilib.

Aparılmış testlər nəticəsində məlum olub ki, bu cür kostyum MP5 adlı silahın 45 çaplı (kalibr) güllələrinə, 357 Magnum silahının güllələrinə və 12 çap tüfəng güllələrinə tab gətirə bilir. Atəş zamanı güllə kostyumun xarici təbəqəsini deşərək elə ordaca qalır. Nəticədə güllə kostyumun daxili təbəqəsinə keçid etmir. Hər halda bu cür kostyumda olan zaman da silah atəşi halında bədəndə müəyyən göyərmələr olacaq. Məlumatda qeyd edilib ki, gülləkeçirməz kostyum yalnız bir versiyada hazırlanıb və o, satış üçün nəzərdə tutulmayıb. Bununla yanaşı məlumata əsasən onun hazırlanmasına 97 000$ vəsait sərf edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2658
avatar

Oxşar yazılar