Maşının ön şüşəsini qaynar su ilə yumayın,  yoxsa...
17 oktyabr 2023 19:49 (UTC +04:00)

Maşının ön şüşəsini qaynar su ilə yumayın, yoxsa...

Mütəxəssislər sürücüləri qışda avtomobilin ön şüşəsini qaynar su ilə yumamağa çağırır. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, isti su soyuq bir səthə dəydikdə, şüşənin çatlamasına səbəb ola bilər.

Qışda şüşədəki buzun əriməsi üçün isti su istifadə etsəniz, ön şüşəni zədələmək riskiniz var. Şüşə isti və hətta ilıq su ilə toxunduqda sürətlə genişlənir. Şüşəni qorumağın ən yaxşı yolu onu kəskin temperatur dəyişikliklərinə məruz qoymamaqdır.

Qar yağmadan əvvəl avtomobilin şüşəsini kartofla ovuşdurmaq lazımdır. Beləliklə, ən şiddətli şaxtalarda belə avtomobil şüşəsini rahatlıqla təmizləyə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4950
avatar

Arzu Qurbanlı

Oxşar yazılar