Avstriyalı mütəxəssislər smartfonlar üçün koronavirusu müəyyən edə bilmək qabiliyyətinə malik yeni proqram hazırlayıblar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki. yeni kompüter proqramı “COVID-19”dan əlavə digər xəstəlikləri aşkar edə bilir.
Proqramın yaradıcıları qeyd edib ki, pandemiya dövründə “qaynar xətt”ə edilən müraciətlərin çoxluğu bu zərurəti meydana gətirib.
Sözügedən “Simptom” adlı səs assistenti xəstənin səs yazısını 36 dildə qavrayır və 20 mindən çox xəstəliyin diaqnozunu göstərir.
Koronavirusun aşkar edilmə dəqiqliyi 96%-dən çoxdur.