Kainatın ən qədim qara dəliyi  aşkarlandı
10 noyabr 2023 10:31 (UTC +04:00)

Kainatın ən qədim qara dəliyi aşkarlandı

Alimlər Böyük Partlayışdan 470 milyon il sonra meydana çıxan köhnə qara dəlik tapıblar. Beləliklə, bu, Kainatın başlanğıcında superkütləvi qara dəliklərin mövcud olduğunu təsdiqləyir.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına əsasən, maraqlıdır ki, bu qara dəliyin yaşı 13,2 milyard il, Kainatın isə 13,7 milyard ildir. Alimlər onu da qeyd edirlər ki, bu qara dəlik çox təsir edici ölçülərə malikdir və Süd Yolunda olan qara dəlikdən təxminən 10 dəfə böyükdür. O, ulduzların olduğu yaxınlıqdakı qalaktikada çökmüş nəhəng qaz buludlarından ibarətdir. Araşdırmaya görə, iki qalaktika birləşib və qara dəlik onları “udub”.

“Çandra” teleskopu rentgen şüalarından istifadə edərək bu heyrətamiz qara dəliyi aşkar edə bilib. Alimlər deyirlər ki, obyekt aktiv şəkildə böyüdüyünə və qazın göz qamaşdıracaq dərəcədə parlaq olmasına görə kvazar sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5481
avatar

Oxşar yazılar