06 may 2021 18:01 (UTC +04:00)

İyunun 1-dən “Google"un bu xidməti ÖDƏNİŞLİ OLACAQ

“Google” şirkəti “Google Photo” xidmətində yüksək keyfiyyətli şəkillərin saxlanılması üçün istifadəçilərə limitsiz disk yeri təqdim etməkdən imtina edəcək.

Lent.az xəbər verir ki, bu barədə hələ ötən ilin noyabrında xəbər verildiyi kimi, dəyişiklik iyunun 1-dən qüvvəyə minəcək.

Yeni qaydalar qüvvəyə mindikdən sonra fotoşəkil və videolar üçün pulsuz disk yerinin həcmi 15 QB olacaq. Disk yerinin həcmini artırmaq üçün “Google One” abunəsini rəsmiləşdirməli və şəxsi ehtiyaclarınızdan asılı olaraq təklif edilən variantlardan birini seçməli olacaqsınız.

Qeyd edək ki, iyunun 1-dək “Google Photo” xidmətinə yüklənilmiş foto və videoların ümumi həcmi yeni məhdudiyyətlər tərəfindən nəzərə alınmayacaq./“ICTnews”

# 5061
avatar

Oxşar yazılar