“iPhone 15”də  SIM kartsız   buraxılacaq
28 mart 2023 11:23 (UTC +04:00)

“iPhone 15”də SIM kartsız buraxılacaq

 Amerika və Avropada təqdim olunan “iPhone 15” versiyası üçün SIM kart yeri olmayacaq. 

Lent.az “iGeneration” portalına istinadən xəbər verir ki, artıq Avropa da SIM kart dəstəyi ilə telefonların buraxılmasını dayandıracaq. 

Belə ki, keçən il Amerikada “iPhone 14” model telefonları kart yuvası olmadan satışa çıxarılmışdı. Ancaq Avropada “Apple” smartfonları həm eSIM, həm də kart dəstəkli olaraq satışa çıxarılırdı.  

İnsayderlərin sözünə görə, eSIM-in( yerləşdirilmiş SİM) üstünlüyü ondadır ki, nömrə almaq və ya onu aktivləşdirmək üçün operator ofisinə getməyə ehtiyac yoxdur. Telefon sahibi nömrəni onlayn şəkildə şəxsən özü ala bilər. Abunəçi kartı çıxarmadan provayderlər arasında sürətli keçid də edə bilər. Amma bununla belə, eSIM texnologiyası hələ də bütün bazarlarda populyar deyil.

# 1902
avatar

Sevinc Fərid

Oxşar yazılar