Texnologiya o qədər sürətlə inkişaf edir ki, hər ay ən güclü telefonların reytinqində birinci yer dəyişir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu dəfə “AnTuTu” portalı hazırda ən güclü smartfonların siyahısını hazırlayıb.
Məlumata görə, “Snapdragon 8 Gen 3” çipinə əsaslanan “Xiaomi 14”ün iki seriyası da birinci yerdədir. Hər iki model müvafiq olaraq 1,997 və 1,985 milyon xalla birinci və ikinci yerləri tutub. Müqayisə üçün qeyd edək ki, “iPhone 15 Pro Max” oxşar testdə 1,64 milyon bal toplayır.
Hazırda yeni “Xiaomi” flaqmanları 300.000-dən çox xalla geridə olan “Snapdragon 8 Gen2”yə əsaslanan modelləri əhəmiyyətli dərəcədə qabaqlayır. Üçüncü yeri “OnePlus Ace 2 Pro” tutub.
Siyahının ilk beşliyini “iQOO 11S” və “iQOO 11 Pro” modelləri tamamlayır. Bu smartfonlar uzun batareya ömrü və sürətli enerji dolduran oyun cihazlarıdır. Üst sıralarda “Vivo”, “Realm”e və “Oppo”nun digər modelləri də var.