Çinin Zenqzou şəhərindəki “Apple” şirkətinin “Foxconn” filialında yaranan problemlər “iPhone 14”ün istehsalını və satışını təhlükə altına qoyub.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, on minlərlə işçi fabriki tərk edir. Ölkədə koronavirusun yayılması ilə məhdudiyyətlərin yenidən tətbiqi və maaşların gecikməsi səbəbindən iğtişaşlar başlayıb.
Hətta zavod işçiləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşmaların görüntüləri sosial şəbəkələrdə yayılaraq gündəm olub.
Qeyd edək ki, Çinin bir çox bölgələrində insanlar yenidən karantin rejiminin tətbiq edilməsinə qarşı etiraz aksiyaları keçirir.
Həmin görüntüləri təqdim edirik: