Zərərli QR koddan istifadə edən 9 min elektron poçt məktubu aşkarlanıb.
Lent.az xəbər verir ki, bu barədə “Kaspersky” məlumat yayıb.
Məlumata görə, QR kodlardan istifadə edərək istifadəçiləri aldatma üsulu getdikcə populyarlaşır. İyun-avqust aylarında “Kaspersky” mütəxəssisləri QR kodları daşıyan 9 minə yaxın fişinq e-poçtu aşkar ediblər. Təcavüzkarların fəaliyyətinin pik həddi iyunda baş verib: 5063 zərərli elektron məktub qeydə alınıb.
Fişerlərin e-poçtda QR kodlardan nadir hallarda istifadə etmələrinə baxmayaraq (istifadəçilərin həmişə bu cür kodları oxuya biləcəyi əlavə cihaz olmur), təcavüzkarlar onlardan öz sxemlərində getdikcə daha çox istifadə etməyə başlayıblar. Fişinq linklərindən fərqli olaraq, zərərli QR kodu tanımaq olduqca çətindir, çünki onun təhlili bahalı və resurs tutumlu kompüter texnologiyasını tələb edir və vizual olaraq digər QR kodlardan heç nə ilə fərqlənmir.
Təcavüzkarlar müxtəlif bəhanələrlə istifadəçi məlumatlarını ələ keçirdikləri fişinq səhifələri gizlətmək üçün QR kodlardan istifadə edirlər. Məsələn, yazda “Kaspersky” mütəxəssisləri yeni electron poçt göndərişləri aşkar ediblər - hücum “Microsoft” məhsullarının korporativ istifadəçilərinin login və şifrələrini oğurlamaq məqsədi ilə həyata keçirilib. Qurbana iş elektron poçt hesabının şifrəsinin tezliklə etibarsız olacağı barədə məlumat verilib. Hesaba girişi aktiv saxlamaq üçün saxta hesaba giriş formasına yönləndirən QR kodu skan etmək tövsiyə olunub. Qurban məlumatları açılan resursa daxil etdikdə, təcavüzkarlar hesaba giriş əldə edirdilər.
QR kodlu fişinq məktubu