Meta şirkəti “Facebook” platformasına tətbiq etdiyi yeniliyi açıqlayıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Reels” özəlliyi artıq “Facebook” sosial şəbəkəsində də aktiv olacaq.
Yeni funksiya Kanada, Amerika və Meksikada istifadəyə verilsə də, digər ölkələrdə yaxın günlərdə tətbiq olunacaq.
Xatırladaq ki, bu özəllik “Instagram”da uzun müddətdir ki, var. “Reels” əsasən müxtəlif əyləncəli video yaratma funksiyası kimi tanınır.