“Instagram” istifadəçilərini narahat edən  YENİ FUNKSİYA
18 noyabr 2021 14:11 (UTC +04:00)

“Instagram” istifadəçilərini narahat edən YENİ FUNKSİYA

“Instagram” təhlükəsizlik məqsədi ilə yeni funksiya təqdim edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yenilik real insanları botlardan ayıraraq istifadəçilərin kimliyini dəqiqləşdirmək üçün nəzərdə tutulub.

Bu funksiya sosial şəbəkə istifadəçilərinin şəxsiyyətlərini təsdiqləmək üçün video selfi çəkməyi tələb edir.

Məlumata görə, tətbiq bununla saxta profillərin qarşısını almağı hədəfləyir. Şirkət bu özəllik vasitəsilə əldə olunan məlumatların “Instagram”da görünməyəcəyini və 1 ay ərzində tamamilə silinəcəyini bildirib.

Xeyli müddətdir sınaqdan keçirilən funksiyanın yaxın zamanda bütün “Instagram” istifadəçilərinə çatıb-çatmayacağı barəsində Meta hələlik açıqlama verməyib.

Prosesin ekran görüntüləri ingiltərəli mütəxəssis Mett Navarra tərəfindən “Twitter” hesabında paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:

# 2475
avatar

Sevinc Fərid

Oxşar yazılar