İnsanları  yeni modellər   maraqlandırmır – Telefon bazarında çöküş
19 oktyabr 2023 16:15 (UTC +04:00)

İnsanları yeni modellər maraqlandırmır – Telefon bazarında çöküş

Smartfon bazarı son 10 ilin ən aşağı səviyyəsinə çatıb. Hətta istifadəçilər yeni modellərlə demək olar ki, maraqlanmır. 

Lent.az “Counterpoint Research” tədqiqat şirkətinə istinadən xəbər verir ki, buna səbəb köhnə smartfonların yeniləri ilə əvəzlənməsinə ehtiyacın olmaması, həmçinin istifadə olunan seqmentin genişlənməsidir.

2023-cü ildə paylaşılan hesaba görə, ötən ilin eyni dövrü ilə müqayisədə satışların azalması 8 faiz təşkil edib. 

Satışlarda ən böyük azalma “Xiaomi” (15 faiz), “Vivo” (14 faiz azalma) və “Samsung”da (illiklə müqayisədə - 13 faiz) baş verib. İlk beş “anti-lider”i keçən illə müqayisədə mövqelərini müvafiq olaraq 10 və 9 faiz azaldan “OPPO” və “Apple” tamamlayır.

“Samsung” qlobal smartfon bazarında lider olaraq qalır. O bu ilin üçüncü rübündə qlobal bazarın 20 faizinnə sahibdir. İstehsalçının ən çox satılan cihazlarından bəziləri qatlana bilən “Flip 5” və “Galaxy A” seriyası modelləri idi.
 

Bazarın 16 faizi ilə “Apple” ikinci yerdədir, “Xiaomi” isə 12 faizlik payla ilk üçlüyü qapayır.

Eyni zamanda, son bir ildə satışları artmış brendlər var. Onların arasında “Honor”, “Huawei” və “Transsion Group” brendləri (Tecno və Infinix) var. Birinci şirkət qlobal satış mövqeyini gücləndirməsi sayəsində performansını yaxşılaşdıra bilib. Ancaq “Huawei”yə şirkətin yerli Çin bazarında flaqman “Mate 60” ailəsinin debütü çox kömək edib.

“Counterpoint Research” analitikləri hesab edirlər ki, 2023-cü ilin sonuna qədər smartfon bazarı son on ilin ən pis səviyyəsinə enəcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6288
avatar

Sevinc Fərid

Oxşar yazılar