Amerikalı iş adamı İlon Maska məxsus olan X şirkəti (keçmiş Twitter) 19 milyard dollar dəyərində qiymətləndirilir.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu dəyəri “Fortune” jurnalı açıqlayıb.
“Əvvəllər Twitter olan X şirkəti, işçilərin kapitalına görə təzminat planına əsasən 19 milyard dollar dəyərində qiymətləndirilir”, - açıqlamada deyilir.
Ümumi rəqəm bir işçiyə ayrılan payın dəyəri əsasında hesablanır. Şirkət işçilərə mükafat olaraq məhdudlaşdırılmış səhmlər almaq imkanı verir. Bir qiymətli kağızın qiyməti 45 dollardır.
Nəşrin məlumatına görə, mart ayında X işçilərə ümumilikdə 20 milyard dollar dəyərində səhmlər təklif edib.