İlon Mask Türkiyə ilə bağlı  açıqlama verdi
09 fevral 2023 10:23 (UTC +04:00)

İlon Mask Türkiyə ilə bağlı açıqlama verdi

Dünən Türkiyədə istifadəçilər bir müddət “Twitter”a girməkdə çətinlik çəkib.

Lent.az xəbər verir ki, məsələ ilə bağlı Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fatih “Twitter”in rəsmiləri ilə görüşüb.

İclasda sosial şəbəkədə saxta yardım kampaniyaları, saxta hesablar və dezinformasiyalar haqqında müzakirələr aparılıb. 10 saata yaxın müddətdən sonra isə problem aradan qaldırılıb. Məlumata görə, həmin müddətdə “Twitter”in Türkiyə istifadəçilərinə “bant daralması” funksiyası tətbiq edilib.

Bəs, “bant daralması” nədir?

“Bant daralması” vebsaytların tutumu ilə əlaqəlidir. Belə ki, bant genişliyi nə qədər çox olarsa, istifadəçilərin sayta daxil olması bir o qədər asan olar. Buna görə də hər bir vebsaytın öz giriş sürəti var, çünki bant genişliyi hər sayta görə dəyişir. Bununla birlikdə bant daralması isə tutumun azalmasına gətirib çıxarır və istifadəçilərin müvafiq vebsayta daxil olması yavaşlayır.

Qeyd edək ki, məsələ ilə əlaqəli İlon Mask da açıqlama verib:

“Biz daha çox başa düşmək üçün çalışırıq”, - deyə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8475
avatar

Sevinc Fərid

Oxşar yazılar