Hipersəs sürətli raket sınaqdan çıxarıldı
22 avqust 2023 01:59 (UTC +04:00)

Hipersəs sürətli raket sınaqdan çıxarıldı

ABŞ Hərbi Hava Qüvvələri ARRW (Air-Launched Rapid Response WeaponHavadan Atılan Sürətli Cavab Silahı) proqramı çərçivəsində hipersəs sürətli raket prototipinin ilk sınağını keçirib. 

Lent.az xəbər verir ki, bu barədə Amerikanın həftəlik “Defence News” nəşri ABŞ ordusuna istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, avqustun 19-da Cənubi Kaliforniya sahillərində Boeing B-52H Stratofortress strateji bombardmançı təyyarəsi ARRW proqramı çərçivəsində hazırlanmış AGM-183A hipersəs raketini atıb. ABŞ ordusu sınağın uğurlu olub-olmadığını dəqiqləşdirmir. Bildirilir ki, ARRW-nin “imkanları haqqında dəyərli məlumatlar” əldə edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3762
avatar

Oxşar yazılar