Hakerlərlə bağlı yanlış bildiyimiz  7 mif
01 fevral 2023 11:49 (UTC +04:00)

Hakerlərlə bağlı yanlış bildiyimiz 7 mif

İnternet və kibertəhlükəsizlik dünyası miflər və xurafatlarla doludur. 

Lent.az xəbər verir ki, insanlarda kompüter təhlükəsizliyi sahəsində bəzi yanlış təsəvvürlər formalaşıb:

1. Yad adamlara telefonda "Bəli" və ya "Xeyr" demək olmaz.

İddialara görə, söhbəti qeydə alıb, cavabdan pul oğurlamaq üçün istifadə edə bilərlər. Əslində, hesablardakı vəsaitlərlə əməliyyat aparmaq üçün səs kifayət etməyəcək.

2. Sayt HTTPS-dən istifadə edirsə, bu onun rəsmi olmasına zəmanət verir.

Əslində, HTTPS sertifikatının olması o deməkdir ki, saytda kənardan heç daxil edilən məlumatlar üzərindən casusluq edə və onları oğurlaya bilməz. Lakin əgər sayt saxtadırsa, onun özü bu məlumatları oğurlaya bilər.

3. Siz zavod parametrlərinə qayıtmaqla smartfonunuzdakı bütün məlumatları silə bilərsiniz.

Bir çox hallarda, məlumatlar cihaz zavod parametrlərinə sıfırlandıqdan və formatlaşdırıldıqdan sonra bərpa edilə bilər. 

4. Smartfonunuzda şübhəli robot zənglər zamanı ton rejimində "1" və ya "2" düyməsini basmayın.

İddialara görə, təcavüzkarlar cihazı belə ələ keçirə bilərlər. Ancaq smartfonu sıradan çıxarmaq üçün onu ya zərərli proqramla yoluxdurmaq ya da ondakı bu və ya digər zəiflikdən istifadə etmək lazım gəlir. 

5. Əgər telefonunuzda və ya poçtunuzda icazə üçün sizin tərəfinizdən tələb edilməyən təsdiq kodları alırsınızsa, hesabınız sındırılıb. 

Əgər fırıldaqçı tələb olunan icazə kodunu almayıbsa, hesab təhlükəsizdir. Amma oradakı şifrəni dəyişdirmək daha yaxşı olar.

6. Cihaz internetə qoşulmayıbsa, onun virusa yoluxmaq ehtimalı yoxdur.

 Məsələn, fləşkart və ya digər daşıyıcıdan istifadə etməklə.

7. Kaktuslar insana zərər verə biləcək monitor şüalarını udur

Kaktusların qoruyucu xüsusiyyətləri haqqında məlumatın ilk dəfə nə vaxt və harada ortaya çıxdığı məlum deyil. Tədqiqatlar sübut edir ki, kaktuslar kompüter və məişət cihazlarından gələn elektromaqnit sahələrinə təsir etmir. Ancaq onların köməyi ilə güclü "fon verən" elektrik cihazlarını etibarlı şəkildə qorumaya ala bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3696
avatar

Arzu Qurbanlı

Oxşar yazılar