Sentyabrın 4-də istifadəçilər “Google”, “YouTube”, “Gmail” və “Google Drive” kimi xidmətlərə daxil olmaqda ciddi çətinliklərlə üzləşiblər.
Lent.az-ın məlumatına görə, nasazlıq həm bu platformaların veb versiyalarında, həm də mobil tətbiqlərində qeydə alınıb və sosial şəbəkələrdə geniş narazılıq yaradıb.
Çoxsaylı istifadəçilər şəxsi hesablarına girişin mümkünsüz olduğunu bildirirlər. Problemin qlobal xarakter daşıdığı ehtimal olunur, lakin “Google” hələ rəsmi açıqlama yaymayıb.
Azərbaycandan da oxşar şikayətlər daxil olub – istifadəçilər bu servislərə qoşulmaqda çətinlik çəkdiklərini qeyd edirlər. Hazırda “Google” xidmətlərinin Orta Asiya və Avropanın bəzi bölgələrində əlçatan olmadığı müşahidə olunur.