“Google Pay” səhvən göndərdiyi pulları bağışladı
07 aprel 2023 14:14 (UTC +04:00)

“Google Pay” səhvən göndərdiyi pulları bağışladı

“Google Pay” ödəniş xidmətindəki nasazlıq bəzi istifadəçilər üçün gözlənilməz ödənişlərlə nəticələnib.

Lent.az xarici mediaya istinadən bildirir ki, istifadəçilər 10-1000 ABŞ dolları məbləğində pul alıblar. Pul “Google Pay” mükafat proqramı çərçivəsində “Google Pay Pul köçürmə təcrübəsini yoxlamaq” iddiasına görə göndərilib. Eyni zamanda, vəsaiti alan istifadəçilər proqramın abunələri deyildilər və problem sistemin səhvində olub.

Sonradan “Google” nasazlığı görüb və istifadəçilərə vəsaitin onların hesablarına niyə yüklənməsini izah edən e-poçt göndərib. Xərcləyə bilməyənlər üçün isə pul hesabdan silinib. Qalan hər kəs üçün “Google” heç bir cəza tətbiq etməyəcəyinə söz verib.

“Pulu silə bilmiriksə, özünüz üçün saxlayın. Əlavə heç bir tədbir tələb olunmur”, – “Google”dan bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3108
avatar

Oxşar yazılar