Google banklar üçün süni zəka əsaslı yeni servisini işə salıb
25 iyun 2023 11:04 (UTC +04:00)

Google banklar üçün süni zəka əsaslı yeni servisini işə salıb

Google şirkəti banklar üçün nəzərdə tutulmuş Google şirkəti banklar üçün nəzərdə tutulmuş Anti Money Laundering AI adlı süni zəka əsaslı bulud servisini işə salıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Anti Money Laundering AI adlı süni zəka əsaslı bulud servisini işə salıb. Bu servis çirkli pulların yuyulması üzrə müxtəlif halların təyin edilməsi əsasında təlimatlandırılıb. Machine learning əsasında çalışan bu servis bank müştərilərinin məlumatlarını, ənənəvi tranzaksiya patternlərini, istifadəçilərin şəbəkə davranışlarını və konfidensiallıq məlumatlarını analiz edir. Bütün bu məlumatları analiz edəndən sonra süni zəka sistemi bank müştəriləri tərəfindən reallaşdırılan çoxlu sayda əməliyyatlar arasında ən riskli olanları təyin edir. Məlumatda qeyd edilib ki, maliyyə sektorunda mövcud olan ştat prosedurlardan fərqli olaraq Anti Money Laundering AI sistemi yoxlanışları 2-4 dəfə daha effektiv yerinə yetirir. Google bildirib ki, sözügedən servis Google Cloud platformasının resursları əsasında çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2181

Oxşar yazılar