Ən təhlükəli kompüter virusu - “EMOTET”
18 fevral 2021 17:06 (UTC +04:00)

Ən təhlükəli kompüter virusu - “EMOTET”

“Check Point Research” şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri 2021-ci ilin əvvəli üçün ən təhlükəli kompüter virusunun adını açıqlayıblar.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, şirkət nümayəndələrinin sözlərinə görə, “Emotet” artıq ardıcıl olaraq ikinci aydır zərərli proqram təminatı arasında liderdir.

Dünyadakı təşkilatların təxminən 6%-i botnetin qurbanı olaraq qalırlar.

Hüquq-mühafizə orqanları tərəfindən vaxtında verilmiş reaksiya “Emotet” virusunun aktivliyinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Polislər aprelin 25-dək virusu yoluxmuş hostlardan silmək niyyətində olduğunu bildiriblər.

Xatırladaq ki, sözügedən təhlükəli virus barədə ilk dəfə 2014-cü ildə məlumat üzə çıxıb. Son 7 il troyan aktiv şəkildə inkişaf etdirilib və yenilənib, buna görə də aktual və yüksək effektivli olaraq qalıb.

# 2160
avatar

Oxşar yazılar