Ən güclü smartfonlar  AÇIQLANDI
03 noyabr 2021 18:54 (UTC +04:00)

Ən güclü smartfonlar AÇIQLANDI

Xiaomi Black Shark 4S Pro, AnTuTu etalonuna görə oktyabrda ən güclü smartfon olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Android smartfonlarının sınaqlarına əsasən, yeni flaqman Xiaomi bazarda ən məhsuldar cihaz olub.

Xiaomi Black Shark 4S Pro Snapdragon 888+ çipi, 16 giqabayt operativ yaddaş və 512 giqabayt daxili yaddaşa malikdir. Reytinqdə lider olan qadcetdən əlavə Nubia Red Magic 6S Pro və Vivo iQOO 8 Pro ilk üçlükdə yer alıb.

Reytinqin əvvəlki lideri - Xiaomi Black Shark 4 Pro zirvənin dördüncü pilləsində qərarlaşıb. Beşinci və altıncı yerlərdə Vivo X70 Pro + və Asus ROG Phone 5s-dir.

İlk 10 cihazın hamısı Qualcomm Snapdragon 888+ və Snapdragon 888 prosessorları ilə təchiz edilib.

“Bu onu göstərir ki, Qualcomm hələ də premium Android kateqoriyasında üstünlük təşkil edir”, - məlumatda qeyd edilir.

Jurnalistlərin bazarda ən güclü smartfonu adlandırdıqları Xiaomi Black Shark 4S Pro oktyabrın ortalarında təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3783
avatar

Oxşar yazılar