Dünyanın ilk 2 nanometrlik PROSESSORU
09 may 2021 21:28 (UTC +04:00)

Dünyanın ilk 2 nanometrlik PROSESSORU

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb.

Lent.az xəbər verir ki, IBM tərəfindən yaradılmş 2 nanometrlik prosessor müasir 7 nanometrlik prosessorlardan 45% daha performanslıdır.

Bundan əlavə olaraq yaradılmış 2 nanometrlik prosessor 75% daha az enerji sərfiyyatı özəlliyinə sahibdir. Şirkət 150 kvadrat millimetr ölçüsündə olan çipin üzərində 50 milyard tranzistor yerləşdirə bilib.

Bu cür yeni nəsil prosessor smartfon batareyalarının istifadə müddətlərini 400% artıra, kompüterlərin və istənilən proqram təminatının çalışmalarını təkmilləşdirə və o cümlədən avtomobillərdəki avtopilot sistemlərinin reaksiyalarını sürətləndirə bilər.

Bu yeni texnologiya həmçinin data mərkəzlərdəsüni zəka və kvant hesablamalar üzrə laboratoriyalarda istifadə olunan elektrik enerjisinin xərclərini aşağı sala bilər.

 

# 2562
avatar

Oxşar yazılar