Dünyanın ən varlı adamlarının reytinqi YENİLƏNDİ:  İlon Mask hamını keçdi
01 iyun 2023 11:40 (UTC +04:00)

Dünyanın ən varlı adamlarının reytinqi YENİLƏNDİ: İlon Mask hamını keçdi

“Tesla” və “Space X” şirkətlərinin yaradıcısı İlon Mask planetin ən varlı adamları reytinqində liderliyini bərpa edib.

Lent.az xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" məlumat yayıb.

Bildirilib ki, onun sərvəti 192 milyard dollara qədər artıb və bunun sayəsində liderlik LVMH-in (Moet Hennessy - Louis Vuitton) sahibi Bernard Arnaultdan yan keçib. Fransız iş adamının sərvəti 187 milyard dollar olaraq qiymətləndirilib.

"Forbes"in ən zəngin milyarderlərinin reytinqində isə vəziyyət fərqlidir - Arnonun kapitalı 215 milyard dollardır. "Twitter" sahibinin vəziyyəti isə 200 milyard dollar olaraq qiymətləndirilir.

2022-ci il böhranının nəticələrinə görə, Arno siyahıda kapitalı 200 milyard dollardan çox olan yeganə milyarder olub. Səhmlərin düşməsi və artan faizlər səbəbindən sərvəti 40 milyard dollar azalan İlon Mask ikinci yerə düşüb. Üçüncü yerdə "Amazon"un qurucusu Jeff Bezos qərarlaşıb, onun sərvəti 2021-ci ildəki 171 milyard dollardan 2022-ci ildə 114 milyard dollara düşüb.

# 2007
avatar

Fidan İlqar

Oxşar yazılar