Dünyanın ən böyük  hava limanı   tikilir - BELƏ OLACAQ
07 iyun 2023 18:25 (UTC +04:00)

Dünyanın ən böyük hava limanı tikilir - BELƏ OLACAQ

Dubayda dünyanın ən böyük hava limanını inşa edilir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “Jebel Ali” hava limanı ildə 255 milyon sərnişini qəbul edəcək. Hava limanı 14 min hektar ərazini əhatə edir. 

Qeyd edək ki, hava limanının tikintisinin 2030-cu ildə yekunlaşacağı gözlənilir.

33 milyard dollar dəyərində olan layihə 13 il əvvəl yük əməliyyatları üçün istifadəyə verilib. On il əvvəl Dubai World Central sərnişin xidmətlərini işə salıb və 2050-ci ilə qədər 255 milyon sərnişinə xidmət göstərə biləcək, birinci mərhələ 2030-cu ilə qədər tamamlanmalıdır.

Dubay Beynəlxalq Hava Limanı hazırda 2900 hektar ərazini əhatə edir və 2022-ci ildə 66,1 milyon sərnişinə xidmət göstərib. 2030-cu ilə qədər Əl Maktum Beynəlxalq Hava Limanına logistika mərkəzi, lüks qolf kurortu, 3 milyon kvadratmetrlik ticarət və sərgi kompleksi, ticarət məhəlləsi, yaşayış və mehmanxana rayonları daxil olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 45870
avatar

Arzu Qurbanlı

Oxşar yazılar