Dünyanın 5-ci ən güclü SUPERKOMPÜTERİ YARADILDI
28 iyun 2021 03:14 (UTC +04:00)

Dünyanın 5-ci ən güclü SUPERKOMPÜTERİ YARADILDI

Tesla şirkəti superkompüterini yaradıb. 

Lent.az xəbər verir ki, bu superkompüteri dünyanın 5-ci ən güclüsüdür. 

Yaradılmış superkompüterin əsas məqsədi isə avtopilot sisteminin təkmilləşdirilməsi üçün neyron şəbəkələrinin təlimatlandırmaqdır. 

Bu superkompüter “Tesla Dojo” adlı layihənin bir hissəsinə çevrilib. Sözügedən layihənin bu ilin sonuna kimi yekunlaşdırılması gözlənilir. Tesla artıq son bir neçə ildir ki, Dojo layihəsi üzərində çalışır. Bu layihə çərçivəsində şirkət daha zəif texniki özəlliklərə sahib 2 ədəd superkompüter modeli yaradıb.

Yaradılmış yeni superkompüterin hesablama klasterinin tərkibinə 720 düyün daxildir və hər bir düyün 8 ədəd qrafik proessordan ibarətdir. Bu isə ümumilikdə 5760 ədəd qrafik prosessor edir. 

Superkompüterin hesablama gücü 1.8 ekzaflopsdur. Onun NVMe yaddaşlarının ümumi həcmi isə 10 PB (petabayt) təşkil edir. Sözügedən NVMe yaddaşların pik oxuma sürətləri saniyədə 1.6 TB-dır (terabayt). 

Bundan əlavə, Elon Mask Tesla superkompüterindən digər şirkətlərin istifadəsini də mümkün etməyi planlaşdırır. Bu halda həmin şirkətlər Tesla superkompüteri vasitəsilə özlərinin neyron şəbəkələrini təlimatlandıra biləcəklər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3147
avatar

Oxşar yazılar