Çox uzaqda yerləşən qalaktikada su izləri aşkarlandı
06 noyabr 2021 19:56 (UTC +04:00)

Çox uzaqda yerləşən qalaktikada su izləri aşkarlandı

Alimlər Yer kürəsindən 12.88 milyard işıq ili uzaqlığında yerləşən qalaktikanın molekulyar qaz spektrində suyun mövcudluğuna işarə edən izlər aşkar ediblər.

Lent.az xəbər verir ki, alimlər bu kəşfi Çilinin Atakama səhrasında yerləşən ALMA adlı teleskoplar qrupu vasitəsilə ediblər.

Onların sözlərinə əsasən bu, tarixdə ən uzaq məsafədə aşkar edilmiş sudur. Teleskoplar erkən kainatı müşahidə etmək imkanını verirlər. Bu isə öz növbəsində mütəxəssislərə bioloji həyatın yaranma şərtlərini analiz etməyə imkan verir. İndi isə alimlər SPT0311-58 identifikatoruna sahib iki qalaktikadan birində su aşkar ediblər.

Sözügedən qalaktikalar 4 il bundan öncə aşkar edilib.

Alimlər qalaktikalardan birində sudan əlavə olaraq dəm qazını da aşkar ediblər. Bu isə o deməkdir ki, molekulyar kainatın inkişafı erkən ulduzlarda litium, helium və hidrogenin yaranmasından dərhal sonra başlayıb. Oksigen ilə hidrogenin birləşməsi prosesi kimi su molekulları bir anda yaranmayıblar.

Belə ki, Böyük partlayışdan sonra elementlər həmin saniyədə deyil, yaranmış ilkin yüngül elementlərin ardıcıl sintez prosesləri nəticəsində yaranıblar. Buna yüz milyonlarla il vaxt sərf olunub və aparılmış yeni tədqiqat onu göstərir ki, su Böyük partlayışdan sonra tez bir zamanda yaranıb. Yəni, bioloji həyat kainat miqyasında daha erkən vaxtlarda yaranmış ola bilər./"technote"

# 3717
avatar

Oxşar yazılar