Clubhouse bu ölkədə qadağan edildi
09 fevral 2021 09:41 (UTC +04:00)

Clubhouse bu ölkədə qadağan edildi

Çində senzura tətbiq edilməyən “Clubehouse”a dünən kütləvi axın olmuşdu.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, dünyada olduğu kimi Çində də populyarlıq qazanan təbiq sürətlə istifadəçi sayını artırmağı bacarmışdı.

Müxtəlif söhbət otaqlarının yaradıldığı “Clubhouse”da çinli istifadəçilər müxtəlif təhlükəsizlik məsələrini müzakirə etmək üçün yararlanmağa başlayıblar. Belə olduğu halda, hökümət tətbiqin ölkədə zərərli məzmunları yaymaqda günahlandıraraq qadağan edib. Bazar ertəsi Pekin saatı ilə 19:00-da qadağan edilən tətbiqdən sonra istifadəçilər yenidən bir-birləri ilə əlaqə qurmaq üçün WeChat tətbiqini istifadə etməli olublar.

Bundan əvvəl Çin Facebook, Twitter, Youtube kimi tətbiqlərin istifadəsini qadağan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2985
avatar

Oxşar yazılar